RU

Tramp və Putinin planlaşdırılan görüşü neftin qiymətini aşağı saldı

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçiriləcəyi ilə bağlı Kremlin bəyanatından sonra dünya bazarlarında neftin qiyməti aşağı düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
 

Bakı vaxtı ilə saat 19:30-da, Londondakı ICE birjasında Brent markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 66,5 ABŞ dollarına düşüb. West Texas Intermediate (WTI) markalı neftin qiyməti isə 18:45-də Bakı vaxtı ilə 64,1 dollara qədər ucuzlaşıb.


Qeyd olunur ki, 6 avqust tarixində Trampın Rusiya ilə danışıqların gedişi barədə verdiyi bəyanatlardan sonra hər iki neft markası təxminən 1% dəyər itirib.

Reuters yazır ki, həmin gün fyuçerslər son səkkiz həftənin minimum göstəricilərinə enmişdi.

Bizim.Media

Избранный
43
50
bizim.media

10Источники