RU

Yer kürəsində son 2 ayın ən güclü maqnit qasırğası gözlənilir

Bakı. Trend:

Avqustun 8-də Yer kürəsində son iki ayın ən güclü maqnitqasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Trend xaricimətbuata istinadən xəbər verir ki, avqustun 5-də Günəşdə M4,4sinfinə aid güclü partlayış qeydə alınıb. Partlayış nəticəsindəplazma emissiyası da baş verib, lakin bu bulud Yeri birbaşa hədəfalmadan, təxminən 45 dərəcə bucaq altında yönəlib.

Alimlər əvvəlcə bu hadisənin Yer üçün ciddi təhlükəyaratmadığını bildirsələr də, sonradan aparılan hesablamalaraəsasən, geomaqnit təsirlərin gözləniləndən daha güclü olacağımüəyyən edilib.

Belə ki, Yer Günəşdən gələn yüksək sürətli plazma buludununnüvəsindən təsirlənəcək. Bu isə planetin maqnit sahəsinə ciddizərbə vuracaq.

Proqnozlara görə, Kp geomaqnit indeksi 6-ya qədər yüksələcək. Busəviyyədə maqnit aktivliyi sonuncu dəfə iyunun 13-də müşahidəolunmuşdu.

Qeyd edək ki, bu cür maqnit qasırğaları güc baxımından ortasəviyyədə hesab olunsa da, enerji sistemlərinə, peyklərinfəaliyyətinə və radio dalğalarının yayılmasına mənfi təsir göstərəbilər.

Mütəxəssislər qeyd edir ki, geomaqnit vəziyyətin pisləşməsiəsasən cümə gecəsi – Yerin böyük tac dəliyinin təsir zonasına daxilolduğu zaman baş verəcək. Bildirilir ki, avqustun 6-da Günəşdə cəmibir gün ərzində 18 partlayış qeydə alınıb və bu da vəziyyətinmürəkkəbliyini göstərir.

Избранный
32
1
az.trend.az

2Источники