RU

“Real Madrid” hücumçusu ilə müqaviləni yenilədi

BAKI, 9 avqust. TELEQRAF

İspaniya “Real Madrid"i futbolçusu Qonsalo Qarsiya ilə müqaviləni yeniləyib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Madrid təmsilçisi ilə 5 illik sözləşmə imzalayıb.

Qarsiya ötən mövsüm “kral klubu”nun əvəzedici komandasının heyətində 25 qol vurub. O, əsas heyətdə debütünü 2023-cü ilin noyabrında edib. İspaniyalı oyunçu ümumilikdə 12 oyunda şans qazanıb və beş qol vurub.

Qonsalo Qarsiya yeni mövsümdə “Real Madrid”də 16 nömrəli formanı geyinəcək.

Избранный
35
34
teleqraf.com

10Источники