RU

Tovuzda kişi meyiti aşkarlandı

Tovuz rayonunun Dondar Quşçu kəndində meyit tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, kəndin mərkəzindən keçən su arxının kənarından təxminən 40-45 yaşlarında meyit aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.
Избранный
63
5
sherg.az

6Источники