RU

PSJ qapıçı problemini həll edib

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

PSJ "Lill"in qapıçısı Lukas Şevalyeni transfer edib.

İdman.biz xəbər verir ki, bu keçid Paris klubuna 40+15 milyon avroya başa gəlib.

Canluici Donnarumma ilə yeni razılaşma əldə edə bilməyən PSJ Lukası heyətinə cəlb edib. 23 yaşlı qolkiperlə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm Şevalye Liqa 1-də keçirdiyi 34 matçın 11-də qapısını "təmiz" saxlayıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
33
icma.az

10Источники