RU

Netanyahu və Tramp Qəzza sektorunda İsrailin hücum planlarını müzakirə etdilər

İsrail HƏMAS-ın qalan mövqelərini ələ keçirməyi hədəfləyir...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında Qəzza sektoruna qarşı yeni hücum planları müzakirə olunub.

Netanyahu ofisi bildirib ki, görüş zamanı İsrail HƏMAS-ın Qəzza sektorundakı son qalan mövqelərini ələ keçirməyi, müharibəni sona çatdırmağı, girovların azad edilməsini və HƏMAS-ın darmadağın edilməsini planlaşdırır.

Eyni gün Netanyahu bildirib ki, yeni hücum iki qalan HƏMAS mövqeyinin məhv edilməsinə yönəlib və bu, yeganə variantdır, çünki qrup silahı təhvil verməkdən imtina edir.

HƏMAS isə açıqlayıb ki, müstəqil Fələstin dövləti yaradılana qədər silahlarını təhvil verməyəcək.

Poliqon.info

Избранный
99
50
poliqon.info

10Источники