RU

Zəlzələdə ölən şəxs əmisi imiş – FOTO

Türkiyəli tanınmış aktrisa Eylül Tumbarın əmisi Balıkesir vilayətində baş verən zəlzələdə həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında paylaşım edib. 

Yaxınlarının dağıntılar altında qaldığını qeyd edən aktrisa, sonrakı paylaşımda əmisinin vəfat etdiyini bildirib: 
 

“Onu xilas edə bilmədilər, başımız sağ olsun. Yenə də ona dəstək olan hər kəsə təşəkkür edirəm”. 


Qeyd edək ki, dünən Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Zəlzələ zamanı 1 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb. Hazırda 4 yaralının müalicəsi davam etdirilir.


Bizim.Media

Избранный
43
19
bizim.media

10Источники