RU

Sahib Həsənov “Şamaxı”ya lazım olmadı

2025/2026-cı illər mövsümünə hazırlığını davam etdirən “Şamaxı” daha bir futbolçusu – Sahib Həsənov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qapıçının müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub Sahibə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Sahib Həsənov “Şamaxı” 2022-ci ildən “Şamaxı”nın sıralarında idi. 20 yaşlı qolkiper ötən mövsümü icarə əsasında “Difai”də keçirib.

“Şamaxı” daha öncə Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov və Səbayıl Bağırovla da yollarını ayırmışdı. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli isə klubla yeni müqaviləyə imza atıblar.

“Şamaxı” gedənlərin əvəzində bu yay Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike Dias Santos, David Santos, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov və Abdullahi Şuaybunu heyətinə qatıb.

Избранный
23
arena.az

1Источники