RU

Kayseridə 14 mərtəbəli yaşayış binasında yanğın baş verib

Türkiyənin Kayseri vilayətinin Talas rayonunda 14 mərtəbəli yaşayış binasında baş verən yanğında qapalı qalanlar üçün xilasetmə işlərinə başlanılıb.

Qaziler.az TRT-haber-ə istinadən bildirir ki, Kayserinin Talas rayonunda yerləşən 14 mərtəbəli binanın üst mərtəbəsində yerləşən mənzildə naməlum səbəbdən yanğın baş verib.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib.

Tüstüdən zərər çəkənləri xilas etmək üçün yanğınsöndürmə səbətindən istifadə etməklə xilasetmə əməliyyatına başlanılıb. Ekipajlar binadan tüstüdən nəfəs almış bəzi şəxsləri arxalarında aparıblar.

Xilasetmə və yanğınsöndürmə işləri davam edir.

QAZİLER.AZ

Избранный
33
50
qaziler.az

10Источники