RU

Kreml: Tramp-Putin görüşü sülh gətirəcək

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçiriləcək görüş sülh gətirəcək.

Herbiand.az xəbər verir ki, bunu Putinin iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib. 

"2025-ci il avqustun 15-də neokonservatorlar və digər müharibə qızışdırıcıları gülümsəməyəcək. Putin və Tramp arasında dialoq ümid, sülh və qlobal təhlükəsizlik gətirəcək", - Dmitriyev X (tvitter) sosial şəbəkəsində yazıb.

Alyaskadakı görüşün simvolizminə işarə edən Dmitriyev qeyd edib ki, bu ərazi tarixən Rusiya və ABŞ-ni birləşdirir. Putinin xüsusi nümayəndəsi 1860-cı ilə aid xəritəni dərc edib və onun üzərində Alyaskanı “Rusiya Amerikası” adlandıraraq, ABŞ Xəzinədarlığının 1867-ci il tarixli Alyaskanın alınması üçün 7,2 milyon dollarlıq orderini və Rusiya elçisi Eduard de Stokl tərəfindən imzalanmış qəbzi də nümayiş etdirib.

Избранный
53
13
herbiand.az

4Источники