RU

Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək - MN açıqlama yaydı

Ağdərə rayonu ərazisində "Gödəkburun" təlim mərkəzində 11-15 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Избранный
33
16
mia.az

10Источники