RU

Solovyov Azərbaycanı və Ermənistanı hərbi müdaxilə ilə hədələyir Kreml ruporu yenə həddini aşıb

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kremlin yerli telekanallarda əsas ruporlarından biri olan Vladimir Solovyov Azərbaycan və Ermənistanı hərbi müdaxilə ilə hədələyib. 

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşü və sülh sazişini paraflaması, görünür, Rusiya hakimiyyətini hövsələdən çıxarıb.

“Biz başa düşməliyik, Cənubi Qafqazda baş verənlər bizim üçün çox böyük problemdir. Xəzər dənizində NATO bazaları peyda ola bilər. Geosiyasi baxımdan bu bizim üçün o qədər təhlükəli və o qədər ağır nəticələrə gətirə bilər ki, biz yeni "xüsusi hərbi əməliyyatın" şahidi ola bilərik”, - Kreml ruporu iddia edib.

Yəni, demək istəyir ki, Rusiya növbəti “xüsusi hərbi əməliyyatı” Xəzər regionunda – Azərbaycanda keçirə bilər.

Əlbəttə ki, bu, Ukraynada Azərbaycan qazını ötürən stansiyanı və SOCAR-ın obyektini bombalayan Rusiyanın “strateji tərəfdaş” adlandırdığı Azərbaycana qarşı növbəti təhdid və hədə-qorxusudur. Ancaq bu təhdidlərin reallığa çevrilməsi yalnız Solovyov kimi faşist zehniyyəti daşıyıcılarının iyrənc xəyallarında mümkündür.   

Qeyd edək ki, Rusiya hakimiyyətindən Azərbaycanın və Ermənistanın ünvanına vaxtarşırı belə boş, cəfəng iddialar, hədə-qorxu bəyanatları səsləndirilir. Rəsmi Bakı bir qayda olaraq, Kreml təbliğatçılarının hədyanlarına reaksiya vermir və regional xarici siyasətini öz gündəliyinə, milli maraqlarına uyğun şəkildə həyata keçirməyə davam edir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
50
azpolitika.info

10Источники