RU

“İmişli”nin 300 minlik hücumçusu ilki Azərbaycanda yaşayacaq

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib. Bölgə təmsilçisi Portuqaliyanın “Akademiko Vizeu” klubundan Dioqo Almeydanı sıralarına cəlb edib.

Futbolpress.az-ın məlumatına görə, 24 yaşlı hücumçu karyerası ərzində ikinci dəfə Portuqaliyadan kənarda oynayacaq. O, daha əvvəl – 2017-2018-ci illərdə İtaliyanın “Empoli” klubunun U19 komandasında forma geyinib. Burda bir il oynayan Dioqo daha sonra yenidən ölkəsinə qayıdıb və “Pasuş de Ferreyra”nın U19 komandasına keçib.

Daha sonra “Benfika”, “Kovilya”, “Mafra” kimi klublarda top qovan hücumçu 2024-cü ilin yanvarından “Akademiko Vizeu”nun uğurları üçün çalışır.

Almeyda karyerası ərzində 148 oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə edib. O, hücumun mərkəzində və sağ cinahında oynaya bilir.

“Transfermarkt” portalında dəyəri 300 min avro göstərilən Almeyda 2019-cu ildə debüt etdiyi Portuqaliyanın U20 yığmasında 2 oyuna çıxıb.

“İmişli” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq. Almeyda həm də ilk dəfə yüksək liqa klubunda top qovacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
futbolpress.az

1Источники