RU

Prospektdə təhlükə saçan sürücü:Maşını dəfələrlə sıxışdırdı, qoşa xətti tapdaladı - VİDEO

Bloqer Aysel Şükürova ilə keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasındakı qalmaqal bitmir.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Aysel bu dəfə keçmiş ərini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bloqer iddia ərizəsində bildirib ki, Oqtay sosial şəbəkələrdə onu təhqir edir, barəsində böhtan xarakterli ifadələr işlədir və narkotik istifadə etməsi barədə yalan məlumat yayır. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də uşaqlarına aliment ödəməkdən yayınır.

Qadın bu səbəblərə əsaslanaraq Oqtay Əhmədovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini və həbslə cəzalandırılmasını tələb edib.

Qarşı tərəf isə iddiaların əsassız olduğunu deyib, şikayətin rəddini istəyib.

Nəsimi Rayon Məhkəməsi təqdim edilən sübutların kifayət etmədiyi qənaətinə gələrək A.Şükürovanın şikayətini icraata qəbul etməyib.

Ayselin vəkili Mircəlal Muradlı saytımıza bildirib ki, Bakı Apellyasiya Məhkəməsi sonradan həmin qərarı ləğv edib. İş yenidən baxılması üçün Nərimanov Rayon Məhkəməsinə qaytarılıb. Hələ ki, yeni proses keçirilməyib.

Qeyd edək ki, Aysel Şükürova Bakı “Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. O, bir neçə il əvvəl Oqtayla dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Cütlüyün birgə evlilikdən əkiz oğlan övladı var. Bloqer 3 il əvvəl “Location” gecə klubunda baş verən partlayışda xəsarət almışdı.

Избранный
28
26
avtosfer.az

10Источники