RU

Alyaskada Tramp və Putin üçün mülk icarəyə götürülüb

ain.az bildirir, Azpost portalına istinadən.

Rusiya və ABŞ başçıları Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində Amerika Məxfi Xidməti Alyaska ştatının Ankoric şəhərində mülk icarəyə götürüb.

AzPost bildirir ki, bu barədə yerli rieltora istinadən New York Times (NYT) məlumat yayıb.

Ankoricdə əmlak icarə verən rieltor iki liderin görüşü üçün Gizli Xidmətin ondan altı otaqlı bir mülk icarəyə götürdüyünü açıqlayıb.

New York Times qeyd edib ki, Tramp administrasiyası Rusiya və ABŞ prezidentlərinin görüşünün dəqiq yerini nəşrə təsdiq etməyib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
78
2
azpost.info

10Источники