RU

Putin Xerson və Zaporojeni Ukraynaya verməyə hazırdır, amma Krıma dəhliz istəyir – FT

Putin Xerson və Zaporojeni Ukraynaya verməyə hazırdır, amma Krıma dəhliz istəyir.

İnterpress.az xəbər verir ki, “Financial Times”ın yazdığına görə, Vladimir Putin Alyaskada Donald Tramp ilə keçiriləcək sammitdə əvvəlki “sülh şərtlərini” irəli sürməyi planlaşdırır.

Bu şərtlərə Ukraynanın NATO-dan imtinası, “demilitarizasiya” və Kiyev qüvvələrinin qismən işğal olunmuş dörd regiondan çıxarılması daxildir.

Mənbənin məlumatına görə, Putin Xerson və Zaporojye vilayətlərinin Ukrayna suverenliyində qalmasını istisna etmir, əgər Kiyev Rusiyaya Krıma çıxış üçün həmin ərazilərdən istifadə hüququ versə.

Analitiklər hesab edir ki, Moskva Ukraynanın iştirakı olmadan aparılan danışıqları diplomatik qələbə kimi təqdim etməyə çalışır və Kiyev birtərəfli güzəştlərdən imtina edəcəyi halda onu sülhü pozmaqda günahlandıracaq.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
17
36
interpress.az

10Источники