RU

Azərbaycan və Ermənistan sərhəddə üçüncü ölkə qüvvələri yerləşdirməyəcək

Azərbaycan və Ermənistan paraflanmış sülh sazişi çərçivəsində sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi barədə razılığa gəliblər.

Doğru.az xəbər verir ki, sənəddə tərəflərin ümumi sərhədləri boyunca heç bir üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəyi qeyd olunub.

Bildirilib ki, sərhədin delimitasiyası və demarkasiyası ərəfəsində tərəflər qarşılıqlı razılaşdırılmış təhlükəsizlik tədbirlərini həyata keçirəcəklər.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla paraflanmış sülh sazişinin mətnini dərc edib.

DOĞRU.AZ

Избранный
23
50
dogru.az

10Источники