RU

İran və İraq təhlükəsizlik sazişi imzalayıb

İran və İraq arasında təhlükəsizlik sazişi Bağdadda iki ölkənin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri tərəfindən imzalanıb.

Bakues.az “Tasnim”ə istinadən xəbər verir ki, razılaşma İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Araji tərəfindən İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin iştirakı ilə keçirilən tədbirdə imzalanıb.

Laricani Bağdada səfəri zamanı Araci, Sudani və İraq prezidenti Əbdül Lətif Rəşidlə danışıqlar aparıb.

İran rəsmisi daha sonra Livana səfər edəcək.

Asim

Избранный
44
19
icma.az

10Источники