RU

Cənubi Çin dənizində iki Çin gəmisi toqquşub

Cənubi

Cənubi Çin dənizində Çin Sahil Mühafizəsi və Çin Ordusuna aid iki gəminin toqquşduğu bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, hazırda Filippinlə suverenlik mübahisəsi altında olan Cənubi Çin dənizindəki Skarboro Şolu yaxınlığında Çin Sahil Mühafizəsi və Çin Ordusuna aid iki gəmi toqquşub. Çin Sahil Mühafizəsinin 3104 adlı gəmisinin qəfil manevr zamanı Çin Ordusunun 164 saylı gəmisi ilə toqquşması nəticəsində zədələndiyi bildirilir.

Filippin Sahil Mühafizəsi zədələnmiş Çin Sahil Mühafizəsi gəmisinə tibbi yardım və xilasetmə dəstəyi təklif etdiyini açıqlayıb.

Məryəm Quliyeva

Избранный
25
10
xalqcebhesi.az

10Источники