RU

Qurban Qurbanov: “Çox fubtolçu transfer siyahımızdadır” - VİDEO

"Qarabağ" Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib oyundur. Çünki rəqib də çox iddialıdır. Əvvəlki oyunları haqda da demişdim ki, istəklidirlər, döyüşkəndirlər. Buna görə də sabah ola bilər ki, çox güc sərf edək. Matça pis hazırlaşmamışıq. Çox intizamlı oynamağa çalışmalıyıq. Futbolçularla danışmışıq, Yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk görüşün nəticəsinə görə, qalib gəlməyə qadirdir. Bizim bir balaca üstünlüyümüz var, irəlidəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik.

- "Şkendiya" haqda nə düşünürsüz?

- Eyni düşüncədə oldum, oyundan öncə də, sonra da. Əvvəl də demişdim ki, "Şkendiya" FKSB ilə iki oyunda qalib gələn komandadır. Hamı düşünürdü ki, FKSB qalib gələcək, Amma "Şkendiya" qələbə qazandı. Öz döyüşkənlikləri və xarakterləri ilə bunu bacardılar. Meydanda da şahid olduq. Sabah çox mobil komanda olmalıyıq, bərk durmağı bacarmalıyıq.

- Kadi Borgesin ilk matçdakı intizamsız oyununun, qeyri-peşəkar davranışlarının səbəbi nədir? İstəkli olması idi, yoxsa həmin oyunda təzyiqdən əmələ gələn bir şey idi?

- Bəlkə daha ağır sözlər işlətdin. Həm intizamsız, həm qeyri-peşəkar...Amma əslində, belə deyil. Futbolçularımın hamısı son vaxtlarda həm məşqdə, həm oyunlarda istəkli, intizamlıdırlar. Kadi daha çox texnikalı oyunçudur. Bəlkə də top itkilərinin çox olduğunu fikirləşirsiz. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Son vaxtlarda Avropa futbolunda komandalara baxsaq, top itkiləri çoxalıb. Futbol fərqli olmağa başlayıb. Kadiyə verilən tapşırıq var idi. Topsuz oyunda, müdafiə planında, bəzi hücumların qurulmasında taktiki tapşırıqları düzgün yerinə yetirirdi. Texniki səhvlər qaçılmazdır, həmişə olacaq. Kadinin daha yaxşı olmaq potensialı var.

- Emmanuel Addai haqda belə fikirlər var ki, qeyri-stabil rejimdədir, qidasına fikir vermir...

- İstənilən futbolçunun hansısa çatışmayan cəhətləri var. Daha çox özündən asılı olmayan.... İstər-istəməz gəldiyi vaxtla indiki arasında çox fərq var. Oyununda yox, işinə yanaşmasında belədir. Bizim istəklərimizi yerinə yetirməsində çox böyük dəyişiklik var. İnsan orqanizmi fərqlidir. O rejimdən bizim Azərbaycan mətbəxinə düşüb. Həmişə dünyanın ən ləzzətdisi Azərbaycan mətbəxidir. Həqiqətən elədir. O da gəlib, bu cür yeməkləri görür, yeməklərə həvəsli olur. Əvvəl də var idi. Kiçik cərimələr də etmişik onu yeməklə bağlı(gülür). Bəzi insanlar fərqli, həssas olurlar. Gözümüz onun yediyi yeməkdə deyil. Bəzi narazılıqlar olub. Amma son vaxtlar hər şey qadasındadır. Özüm də bu yolu keçmişəm. İnsan bir həftə-10 gün yaxşı rejimdə olanda, iştahı çoxalır, yaxşı yeməklər yemək istəyir. Dəyişiklik çox olub. Ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir.

- "Spartak"la adınız hallanırdı. Nə dərəcədə doğrudur?

- Xeyr, təklif olmayıb.

- "Şkendiya" ilə matçda hansı mövqeyin çıxışı sizi qane etmirdi?

- Çox açıqlamağa ehtiyac yoxdur. Sadəcə bir az səliqəli oynamağımız daha yaxşı olardı. Sadə top itkiləri yaşadıq. Elə oyunçular elə top itkisisinə yol verir ki, bunu nadir hallarda edirlər.

- İlk matçda Mateuş Koxalski seyvləri ilə diqqət çəkdi. Sabah da polşalı olacaq qapıda?

- Oynamaq ehtimalı çoxdur. Hər bir halda, bəzi dəyişikliklər etmişik.

- Tahir Gözəl açıqlamışdı ki, hücum xətti gücləndiriləcək. Andre Klovisin komandaya gələcəyi gözlənilir. Onu "Qarabağ"da görəcəyik?

- Çox fubtolçu var ki, transfer siyahımızdadır. Onlardan biri də Klovisdir. Hamısına baxılır, müzakirə olunur. Bu gün desək ki, sabah onu gətiririk, doğru olmaz. Belə məlumat yoxdur. Danışıq gedən futbolçular çoxdur.

- Pley-offda rəqibin "Ludoqorets" olmasını istəyərdiz?Çünki onların heyəti çox da dəyişilməyib..

- Qalib gəlsək də, uduzsaq da, eyni rəqiblərlə düşəcəyik. Belə püşkdür. Hansında hansını istəyərik, bunu demək düzgün çıxmaz. Üzərimizə düşən sabahkı oyuna köklənməkdir.

- Yeni transfer Joni Montielin durumu necədir?

- Hazırlıq durumu yaxşı deyil. Bir az vaxt lazımdır. Universal oyunçudur. Mərkəz oyunçudur, amma sağ cinah hücumçusu oynamaq bacarığı da var. Sadəcə bir az vaxt lazım olacaq. Rotasiyalar çox edirəm. Bİr neçə oyundan sonra tam bərpa olacaq. Orta və sağ cinahda lazım ola bilər.

- Pley-off matçlarına qədər hücumçu məsələsini həll edəcəksiz, yoxsa bu heyətlə davam edəcəksiz?

- Daim təkrar-təkrar olan söhbətdir. Elə mövqedir, transfer siyasəti elədir ki, bazarda satılmır ki, pulu verib gətirəsən. Nə qədər hücumçu transfer etmişik. Bir o qədər də yanılmamışıq. Yaxşı oyunçu gətirməyin həm üstün tərəfi, həm də bizə zərbə vuran tərəfi var. 3-5 yaxşı oyun oynadı, təkliflər başlayır və oyunçunu itiririk. Onu komandadan gedəndə itirmirik, amma bizdə olanda itirirk. Hansısa kluba "yox" cavabı verəndə, futbolçunun əhvalı korlanır. Hücumçuları alıb, sonra satmışıq. Dino Ndolovunu, İbrahima Vadjini, Juninyonu satdıq, Mahir Emreli getdi. Bunun həm yaxşı tərəfi var, digər tərədən isə bizə mane olur. Kollektiv formalaşdırırsan, oyun üslubu qurursan. Sabah birdən-birə oyunçunun əhvalı pozulur, başlayıram problem yaşamağa. Nəinki tək hücumçu, həm orta xətt, həm sol-sağ vinger, həm müdafiə üçün də oyunçu axtarırıq. Bir hücumçu gətirməklə dayanmayacağıq. Elə addım atmaq istəyirik ki, oyunçu və bizim üçün tam faydalı olsun. Təzyiqlər çoxdur, hamı hücumçu gözləyir, istəyir. İllərdir ki, hər il bunun müzakirəsini görmüşük. Son vaxtlar Klovislı bağlı çox məlumatlar gedir. Bizdən asılı olmayan şeyər var. Tək bir oyunçunu düşünmürük, kollektivi, gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində elə detallar var ki, onu da nəzərə almalıyıq. Burada nə üçün işləyirik? Sizləri, azarkeşləri sevindimrək üçün. Futbolçularıma da bəzən deyirəm ki, biz illərdir lider olmaq istəyirik, liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. O qədər ölkələrin çempionları var, çempion olur, sonra 13-14-cü yerdə olurlar. Böyük beşlikdə də belə hallar baş verir. Ronaldo getdi, ikinci Ronaldo nə vaxt tapdılar? Ya da, Messi. Liderlərin problemi öndə olur, həm də asan olmur. Əlimizdə olanı qoruyub-saxalamlıyıq ki, oyun sistemimiz pozulmasın, nəticələrimiz ən azından olduğu kimi qalsın. Kreativ oyunçu axtarmağa daha çox vaxt ayırmışıq. Juninyonun xətrini çox istəyirəm, xarakterlidir. İspaniyadan, Braziliyadan təklif gəldi, onu itirdik. Onu et, bunu et deyirdik, edə bilmirdi. İstəyirdi. Amma psixoloji məsələ idi. Azarkeşlərimizə bildirim ki, narahat olmasınlar, çalışırıq, bütün detallara fikir verərək, oyunçu götürürük. Elə nüanslar var ki, bir-birimizə mane olur. Axtarışdayıq. Transfer pəncərəsinin son gününə kimi işimizi davam etdirəcəyik.

- Şimaali Makedoniyada Muarem Muaremlə görüşünüz necə keçdi?

- Kökəlmişdi. Qəlbimizdə böyük yeri var. Eləcə də bütün futbolçuların. Sizin bilmədiyiniz şeylər çoxdur. Kollektivdə hansı ürəklə çalışırlar, bu adı başa düşərək nə cür hazırlaşırlar.

Избранный
40
50
sportinfo.az

10Источники