RU

Ermənistan XİN Minsk qrupunun buraxılması tələbini ATƏT-ə üzv dövlətlərə göndərdi

Ermənistan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun buraxılması tələbini təşkilata üzv olan dövlətlərə göndərib.

Bakues.azxəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“Daha əvvəl elan edilmiş razılaşmaya uyğun olaraq, bu gün ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların ləğvi ilə bağlı birgə ərizə və təklif olunan müvafiq qərar layihəsi ATƏT-in iştirakçısı olan dövlətlərə göndərilib”.

Bundan əvvəl ATƏT-in baş katibi Feridun Sinirlioğlu bəyan etmişdi ki, təşkilat avqustun 8-də Vaşinqtonda imzalanmış Ermənistan, ABŞ və Azərbaycan üçtərəfli bəyannaməsinin müddəalarını həyata keçirməyə hazırdır.

Избранный
41
50
icma.az

10Источники