RU

"Tramp və Putin Alyaskada - Tarixi simvolizm və siyasi risklər" - "The New York Times"

"ABŞ Gizli Xidməti üçün Alyaskanın ən böyük şəhəri olan Ankoricdə altı otaqlı ev kirayələnib..."

15 avqust 2025-ci ildə ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Alyaskada görüşəcək. Bu, Trampın ikinci dəfə Ağ Evə qayıdışından sonra onların ilk rəsmi sammiti olacaq.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Sammitin məkanı və səbəbləri

Nəşr qeyd edir ki, görüşün dəqiq yeri hələ Ağ Ev tərəfindən təsdiqlənməyib, amma ehtimal olunur ki, görüş Alyaskanı ən böyük şəhəri olan Ankoricdə keçiriləcək. Alyaska seçimi təsadüfi deyil - həm strateji mövqeyi, həm də Rusiyaya coğrafi yaxınlığı səbəbindən diqqət çəkir. Üstəlik, Alyaska ABŞ ərazisidir və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil deyil, bu isə Putinin mümkün həbs riskini aradan qaldırır.

Hazırlıq və yerli reaksiyalar

Ankoricdə qısamüddətli icarə ilə məşğul olan rieltor və Almaniyanın fəxri konsulu Larri Disbrou bildirib ki, ABŞ Gizli Xidməti üçün altı otaqlı ev kirayələyib. O, Alyaskanın tarixi baxımdan belə görüşlər üçün cazibəsini başa düşsə də, bu seçim onu təəccübləndirib. Ankoricin meri Süzanna LaFrans isə hələ rəsmi məlumat almadığını, lakin Alyaskanı beynəlxalq diplomatiya üçün adi bir məkan kimi gördüyünü deyib.

Kremlin baxışı və tarixi vurğular

Putinin iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev sammiti "ümid, sülh və qlobal təhlükəsizlik" gətirəcək hadisə kimi təqdim edib. O, Alyaskanı ABŞ və Rusiya arasında tarixi körpü adlandıraraq, 1860-cı illərə aid "Rus Amerikası" xəritəsini, 1867-ci ildə Alyaskanın ABŞ-a 7,2 milyon dollara satıldığını təsdiqləyən sənədləri və bölgədəki rus pravoslav kilsələrinin fotolarını paylaşaraq simvolizmi qabardıb.

Narahatlıqlar və beynəlxalq reaksiya

Sammitin formatı ikitərəfli olacaq və nə Ukrayna, nə də Avropa İttifaqı nümayəndələri iştirak edəcək. Bu, xüsusilə Kiyevdə narahatlıq yaradır. Qərb analitikləri Ukraynanın masada olmaması fonunda görüşdən sonra mümkün ərazi kompromislərinin müzakirə edilə biləcəyindən ehtiyatlanır. Bu görüş həm siyasi, həm də tarixi baxımdan böyük rezonans doğurur - bir tərəfdə Alyaskanı "tarixi bağ" kimi təqdim edən Kreml, digər tərəfdə isə sammitin nəticələrindən narahat olan Qərb paytaxtları var.

Избранный
66
13
moderator.az

4Источники