RU

“Putinlə Zelenskini bir otaqda oturdacağam…” –Trampdan açıqlama

Donald Tramp Putinlə Zelenski arasında şəxsi görüşə nail olmaq niyyətində olduğunu bildirib.

AzPost bildirir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərə deyib.

“Mən onların hər ikisini mənimlə və ya mənsiz eyni otaqda oturdacağam, düşünürəm ki, onlar məsələni həll edəcəklər”.

Trampın sözlərinə görə, onun Vladimir Putinlə avqustun 15-də Alyaskada keçirəcəyi görüş ilk  olacaq və Vladimir Zelenskinin bu görüşdə iştirakı nəzərdə tutulmayıb.

ABŞ prezidentinin sözlərinə görə, ukraynalıların 88%-i Rusiya ilə anlaşma görmək istəyir. O, həmçinin buna nail olmaq üçün “müəyyən torpaq mübadiləsi”ni də istisna etməyib. “Bəzi torpaq mübadiləsi olacaq. Rusiya bəzi mühüm əraziləri işğal edib və biz bu ərazilərin bir hissəsini Ukraynaya qaytarmağa çalışacağıq”, – Tramp qeyd edib.

AzPost.az

Избранный
56
50
azpost.info

10Источники