ABŞ Prezidenti Donald Tramp bu cümə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukraynaya müəyyən ərazilərin qaytarılmasına çalışacağını bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə mətbuat konfransında deyib.
“Rusiya Ukraynanın böyük bir hissəsini işğal edib. Onlar əsas ərazini işğal ediblər.
Biz bu ərazinin bir hissəsini Ukraynaya qaytarmağa çalışacağıq”,- deyə Tramp bildirib.
ABŞ lideri deyib ki, Rusiya ilə Ukrayna arasında bir növ ərazi mübadiləsi olacaq və Ukrayna üçün həm yaxşı, həm də pis gözlənti var.
Ağ Ev rəhbəri deyib ki, Alyaskada keçiriləcək danışıqlar Putini müharibəni dayandırmağa çağırmaq məqsədi daşıyan görüş olacaq.
Eyni zamanda torpaq mübadiləsi gözlənilir.
O, Putinin danışıqlar zamanı ədalətli sövdələşmə təklif edəcəyi təqdirdə Avropa liderlərini məlumatlandıracağını deyib.
Bizim.Media