RU

Sumqayıtda sərnişinləri təhlükəyə atan avtobus sürücüsü işdən kənarlaşdırıldı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Sumqayıt şəhərində qaydaları pozaraq sərnişinləri təhlükəyə atan avtobus sürücüsü məsuliyyətə cəlb olunub.

Avtosfer.az-ın məlumatına görə, AYNA tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən 7 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı “Sumqayıt Nəqliyyat-1” MMC-yə məsələni araşdırmaq və sərnişindaşıma qaydalarını kobud şəkildə pozan sürücü barədə müvafiq tədbirin görülməsi tapşırığı verilib. 

Görülən tədbirlər nəticəsində 50-AF-379 dövlət nömrə nişanlı “Yutong” markalı avtobusun sürücüsü - Əliyev Səbuhi Səlim oğlu xətdən kənarlaşdırılıb, izahat alınıb, barəsində intizam tənbehi tədbiri seçilib və sərnişindaşıma qaydalarını pozduğuna görə AYNA tərəfindən inzibati xəta haqqında protokol da tərtib edilib. 

Daşıyıcıya bir daha xəttin nizamlı fəaliyyətini təmin etmək və səlahiyyətində olan sürücülərin sərnişindaşıma qaydalarına ciddi riayət etmələri ilə bağlı tapşırıq verilib.

Xatırladaq ki, bir müddət öncə sözügedən sürücüylə bağlı saytımızda xəbər dərc olunmuşdu. Belə ki, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edən sürücü sükan arxasında siqaret çəkə-çəkə mobil telefonla danışmışdı.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
4
avtosfer.az

5Источники