Bu gün axşam saatlarında Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda ardıcıl iki zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə (AFAD) məlumat yayıb.
İlk yeraltı təkanlar saat 19:37-də qeydə alınıb. Zəlzələnin maqnitudası 4,1, dərinliyi 11,9 kilometr olub.
Saat 19:52-də mərkəzi Sındırgıda olan 4,4 bal gücündə ikinci zəlzələ baş verib. Zəlzələnin dərinliyi 8,71 kilometr olub.
Zəlzələlər ətraf rayonlarda da hiss olunub. İlkin məlumata görə, itki və dağıntı yoxdur.
Bizim.Media