BMT İsrailin Qəzza şəhərini ələ keçirmək planlarına qarşı çıxıb.
"Report"un məlumatına görə, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik keçiridyi brifinqdə danışıb.
"Biz buna (Qəzzanın ələ keçirilməsinə - red.) qətiyyətlə qarşı çıxmışıq. Tamamilə aydındır ki, bu, münaqişənin mövcud mərhələsinin başlanğıcından bəri dəfələrlə yurdlarından didərgin salınmış insanların növbəti kütləvi yerdəyişməsinə səbəb olacaq", - deyə o bildirib.