RU

2026-cı ilin sonuna ÜDM-in həcminin 134,1 milyard manata çatacaq

BAKI, 16 sentyabr. TELEQRAF

Proqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcminin 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi gözlənilir.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2029-cu ildə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır.

Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDMin isə 4,9 faiz olacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80,0 faizə çatacağı gözlənilir.

Избранный
72
2
teleqraf.com

10Источники