UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a uduzan “Benfika” baş məşqçisi Brunu Lage ilə yolları ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.
Təcrübəli mütəxəssislə müqaviləyə xitam verilib.
Qeyd edək ki, B.Large 2024-cü ildən Lissabon klubunu çalışdırırdı.