RU

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi – FOTO

Türkiyə mediası növbəti dəfə “Qarabağ”a dəstək nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, Türkiyənin “A spor” kanalı sosial şəbəkə hesabından etdiyi paylaşımda “Qarabağ”ın “Benfika” ilə səfər matçındakı qələbəsini öz təmsilçilərinin qalibiyyəti kimi təqdim edib.

“Təmsilçimiz “Qarabağ” klub tarixində Çempionlar Liqasında ilk qələbəni Estadio da Luz səfərində əldə edib”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl də “Ludoqorets”i məğlub edən “Qarabağ” haqqında “Təmsilçimiz UEFA Çempionlar Liqasının pley-offunda”, - deyə paylaşım etmişdilər.


Bizim.Media 

Избранный
70
9
bizim.media

10Источники