RU

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar müəyyənləşir

Bakı. Trend:

Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatınıninfrastruktur obyektlərinə dair ümumi tələblərtəkmilləşdirilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən“Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobilnəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirənavtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumitələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınmasıqaydaları ilə müəyyən olunacaq.

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobilnəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi,onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təminediləcək.

Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaqməntəqələri istisna olmaqla) yerləşdirilməsi, yaxud təyinatıavtomobil nəqliyyatının digər infrastruktur obyektinədəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə,həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğunolaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) rəyi nəzərə alınmaqla şəhərsalma və tikintiqanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyatakeçiriləcək.

Bildirilib ki, qanun layihəsi müntəzəm sərnişindaşımaxidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaqməntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onlarınquraşdırılması və idarə olunması sahəsində qanunvericiliyintəkmilləşirilməsi məqsədilə hazırlanıb və bu məqsədlə vahidsəlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.

Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, Bakı şəhərinininzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinəyetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrininyerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarəolunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Bakı şəhərinininzibati ərazisi istisna olmaqla, digər ərazilərdə zəruri olaninfrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişinnəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsisxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isəyerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobilnəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyənedilməsinin, onların quraşdırılmasının, idarə edilməsinin vəsaxlanılmasının vahid qurum tərəfindən təmin edilməsi bölgələrdəəhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətininartmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmətedəcək.

Xatırladılıb ki, Azərbaycan Respublikası “Beynəlxalq yükdaşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektronəmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola 21 oktyabr2022-ci il tarixli Qanunla qoşulub.

Sözügedən qoşulma ilə beynəlxalq yük daşımalarında yükgöndərən,daşıyıcı və yükalan arasında öhdəlikləri müəyyən edən və hüquqimünasibətləri tənzimləyən ənənəvi beynəlxalq nümunəli kağızəmtəə-nəqliyyat qaiməsinin (CMR) elektron formatda da tərtibedilməsinə imkan yaradılması, sənədlərin asan idarə edilməsi,qorunması, sürətli mübadiləsi, daşımalarda xərclərin azaldılması,təhlükəsizlik və etibarlılığın təmini kimi bir çox üstünlüklərtəqdim edir.

CMR-in elektronlaşdırılması həmçinin, avtomobil nəqliyyatısahəsində qlobal rəqəmsallaşmanı təmin etməklə, sektoriştirakçılarının çevikliyinin və şəffaflığının artmasına cidditöhfə verəcək.

Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi həm elektron, həm dəkağız daşıyıcıda paralel olaraq istifadə imkanı yaradılmalıdır,çünki bütün dövlətlərdə elektronlaşma imkanı tam formalaşmayıb vəhər iki forma birlikdə tətbiq olunur.

Избранный
45
25
az.trend.az

10Источники