BAKI, 17 sentyabr. TELEQRAF
Bakıda külli miqdarda dələduzluqda ittiham olunan ƏlizaminMayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
O, təqsirləndirilənşəxsin 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Dövvlət ittihamçısı təqsirləndirilənşəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbirin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalından həbs edilməsini təklif edib.
Növbəti proses sentyabrın 24-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilənşəxs Cinayət Məcəlləsinin 178.3.2- (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə iki nəfərə qarşı dələduzluq edilib. O, Lisa Quliyevanın etibarından istifadə edərək onun əvvəlcə 90 min, daha sonra isə 43 min manat pulunu ələ keçirib.
Ümumilikdə ziyan 133 min manatdır.
Hacı Zeynalov