Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 007,1 milyon manat olub.
FED.az bu barədə Bakı Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% çoxdur.
7 ayda hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 584,2 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,0 faizini təşkil edib.