RU

Ceyhun Sultanov: Qarabağ hamımıza möhtəşəm gecə yaşatdı

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qarabağ"ı təbrik edirəm. Dünənki oyun doğurdan da möhtəşəm, tarixi qarşılaşma oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.Tanınmış menecer "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" üzərində səfərdə qazanılan 3:2 hesablı qalibiyyətdən danışıb:"Benfika"nın gücünü bilirdik. "Qarabağ"ın da özünəxas oyun üslubu olduğu üçün məndə komandamıza inam var idi. Ümumilikdə 2:0-dan sonra çox çətin olacağını düşünürdüm. Yenə də Ağdam klubunun Avropa Liqası, Çempionlar Liqası təcrübəsi rol oynadı. Əsl komanda oyunu sərgilədilər. "Qarabağ"ın rəqiblərinin hamısı ad olaraq ağdamlılardan üstün görünür. Futbol baxımından isə, təmsilçimizin adı hamısından üstündür. Sadəcə, top-liqalarda çıxış edirlər deyə, adlarına görə, onları çox şişirdirik. "Qarabağ" hamımıza möhtəşəm gecə yaşatdı. Fikrimcə, bundan sonra daha da yaxşı olacaq. Düzdür, hər oyundan-oyuna fərq var, yenə də oyun planında "Qarabağ" "Benfika"ya uduzmadı. Demək olar ki, adlı-sanlı rəqibdən daha üstün təsir bağışladı". Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
sport24.az

2Источники