RU

Agentlik 15 aylıq ofis icarəyə götürür

Kino Agentliyi Publik Hüquqi Şəxsi açıq tender elan edir.

FED.az xəbər verir ki, tenderdə “Ofis sahəsinin icarəsi” xidmətlərinin satın alınması nəzərdə tutulur.

Tenderin ehtimal olunan qiyməti 767 min 782,50 manat təşkil edir.

Təkliflərin son təqdim olunma tarixi və vaxtı 06 oktyabr 2025, saat 17:00, zərflərin açılışı isə eyni tarixdə, saat 17:00-da planlaşdırılıb.

İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat müəyyən olunub. Təchizatçılar bu ödənişləri təqdim edərək satınalmada iştirak edə bilərlər. Qeyd olunur ki, təchizatçıların sayı üçdən az olduqda satınalma baş tutmaya bilər, belə hallarda iştirak haqqı geri qaytarılmır.

Tenderdə iştirak və əlaqəli sənədlərlə tanışlıq üçün əlaqələndirici şəxs Həsənli Vaqif, Maliyyə və Mühasibatlıq Şöbəsinin baş məsləhətçisi, e-poçt: [email protected], telefon: +994 51 622 40 06 göstərilib.

Ünvan: Ü. Hacıbəyli küç. 84, AZ1000

 

Başlıq Açıqlama Miqdar Ölçü vahidi Kod
1

Ofis sahəsinin icarəsi

824 kvadrat metrlik ofis sahəsinin icarəsi

15

ay

80161601
2

Ofis sahəsinin idarə edilməsi xidməti

Məkanın təşkili xidmətlər

15

ay

80161601
Избранный
31
fed.az

1Источники