RU

Zelenski hərbi elitanın amansız kuklasıdır - Tuomas Malinen

"Ukrayna təslim olmur, çünki Ukrayna lideri Volodimir Zelenski hərbi elitanın əlində “amansız kukla”dır".

Qaziler.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Helsinki Universitetinin professoru Tuomas Malinen paylaşım edib.

"Ukrayna bunu etmir (təslim olmur), çünki Zelenski hərbi elitanın amansız kuklasıdır", - o qeyd edib.

Malinen qeyd edib ki, Ukrayna hakimiyyəti öz vətəndaşlarının həyatını xilas etmək üçün təslim olmalıdır.

Öz növbəsində alman politoloqu və jurnalisti Patrik Baab bəyan edib ki, Ukrayna münaqişəsinin sona çatması Ukrayna prezidentinin həyatını riskə atacaq.

Politoloq həmçinin qeyd edib ki, Kiyevin Rusiya ilə sülh danışıqlarını gecikdirməsinin səbəbi məhz budur. Bu arada, onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı Ukrayna tərəfi yavaş-yavaş Rusiya ordusuna uduzur.

QAZİLER.AZ

Избранный
22
qaziler.az

1Источники