RU

Yamalın zədəsi ciddidir?

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalın zədəsi gözlənildiyindən daha ciddidir.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

18 yaşlı futbolçu La Liqada "Xetafe"yə, daha sonra isə "Real Ovyedo"ya qarşı oyunları buraxa bilər. Artıq dəqiqləşib ki, Yamal sentyabrın 18-də keçiriləcək Çempionlar Liqasının "Nyukasl"a qarşı matçında iştirak etməyəcək.

Gənc oyunçu avqustun 23-də "Levante" ilə görüşdə qasıq nahiyəsində ağrı hiss etməyə başlayıb. "Barselona" rəhbərliyi futbolçunu tezliklə meydana qaytarmaq istəmir, çünki zədənin təkrarlanmasından ehtiyatlanır.

Избранный
42
publika.az

1Источники