RU

Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq   

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, prosesdə hökm elan edilib. Hökmə əsasən şirkət əməkdaşları Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib. General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Mərhum generalın üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkanda bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub. İttihama görə, mərhum general Fuad Məmmədov Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər. İş üzrə müttəhim Fuad Məmmədovun oğlu hüququ varisi kimi tanınıb. Məhkəmənin hazırlıq iclasında mərhum generalın oğlu ittihamları rədd edib, atasının günahsız olduğunu deyib. Məhkəmədə o da məlum olub ki, mərhum generalın külli miqdarda qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.  Qeyd edək ki, Fuad Məmmədovun Cinayət Məcəlləsinin 179.4, 341.2.1, 341.2.3 və 313-cü maddələri ilə təqsirləndirildiyi cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Fuad Məmmədov 2020-ci ildə ürək çatışmamazlığından vəfat edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
85
19
musavat.com

10Источники