RU

Kubokda püşk atıldı: “Neftçi” və “Sumqayıt”ın rəqibi məlum oldu

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Kubokunda mövsümün püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, tədbir bu gün keçirilib. I təsnifat mərhələsində II Liqa komandaları mübarizə aparacaq.

Premyer Liqada iştirak edən “Neftçi”, “Sumqayıt”, “Qəbələ” və “Şamaxı”nın da II təsnifatdakı rəqibləri məlum olub.

I Təsnifat mərhələsinin cütləri:

Göygöl – Şəmkir

Şəki Siti – Araz Saatlı

Qaradağ Lökbatan – Ağdaş

Dinamo – Kür-Araz

Ağstafa Gəncləri – Şirvan

Quba – Xankəndi

Yarışa II təsnifat mərhələsindən başlayacaq “Neftçi” burda I Liqa təmsilçisi MOİK-lə üz-üzə gələcək. “Sumqayıt”ın rəqibi isə “Zaqatala” olacaq.

Premyer Liqa klubu “Qəbələ” “Mingəçevir”, “Şamaxı” isə “Səbail”lə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
futbolpress.az

1Источники