Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, Kobaxidze onların gürcü cəmiyyətində "nifrət səfirləri" kimi görünməməli olduqlarını bildirib və bu prosesin dayandırılmasının vacibliyini vurğulayıb.
"Avropa səfirləri və Avropa bürokratiyası bunu niyə edir - bilmirəm. Onlar açıq şəkildə son illərdə çoxlarının dediklərini nümayiş etdirirlər. Bu gün gürcü xalqının gözündə Avropa bürokratiyası radikalizm, zorakılıq, demokratiyanın ignor edilməsi və digər mənfi tendensiyalarla assosiasiya olunur. Bu, təkcə Avropa bürokratiyasının imicinə deyil, həm də Avropa İttifaqının ölkəmizdəki obrazına birbaşa mənfi təsir göstərir. Bu proses dayandırılmalıdır," - deyə gürcü baş nazir bəyan edib.
Kobaxidzenin sözlərinə görə, səfirlər ilk növbədə vicdanlı davranmalı, Vyana Konvensiyasına uyğun hərəkət etməli və cəmiyyəti radikalizmə və nifrətə təhrik etməməlidirlər:
"Avropa səfirləri gürcü cəmiyyətində nifrət səfirləri kimi görünməməlidirlər. Amma bu gün - məhz belədir. Səfirlərin əksəriyyəti gürcü xalqının gözündə özlərini nifrət səfirləri kimi təqdim edirlər. Bu çox kədərli reallıqdır və Avropa İttifaqının Gürcüstandakı imicinə ziyan vurur. Bu proses dayandırılmalıdır."