RU

® “Bank of Baku” istiqrazlarına abunə yazılışı davam edir

“Bank of Baku” istiqrazlarını əldə etməklə illik 13 faiz gəlir qazanmaq və onları istənilən vaxt geri satmaq mümkündür.

40 milyon manatlıq istiqraz emissiyasını həyata keçirən layihə çərçivəsində daha bir mühüm addım atılıb. Sentyabrın 16-da Bakı Fond Birjası və “ABB-İnvest İnvestisiya Şirkəti” arasında imzalanmış müqaviləyə əsasən, “ABB-İnvest” “Bank of Baku” istiqrazları üzrə rəsmi market-meyker qismində fəaliyyətə başlayıb. Bununla da şirkət sözügedən istiqrazların likvidliyinin əsas təminatçısına çevrilib.

Beləliklə, alıcılar əldə etdikləri istiqrazları tədavül müddətinin sonunu gözləmədən istənilən vaxt market-meykerə, yəni “ABB-İnvest”ə sata biləcək və “Bank of Baku” istiqrazlarını daha çevik və sərfəli investisiya fürsətinə çevirəcəklər.

“Bank of Baku” istiqrazlarına abunə yazılışının son tarixi sentyabrın 19-dur.

İstiqrazların əsas şərtləri aşağıdakılardır:

Nominal dəyər: 100 AZN

Faiz dərəcəsi: 13% (ilk 20 milyon tranş üzrə)

Faiz ödənişi: hər 90 gündən bir

Müddət: 18 ay

Valyuta: AZN

Əlavə xərcsiz: heç bir komissiya ödənişi yoxdur

Fiziki şəxslər üçün: faiz gəliri vergidən azaddır

Qeyd olunub ki, “Bank of Baku” istiqrazlarını “ABB Mobile” tətbiqi vasitəsilə rahatlıqla əldə etmək olar. Bankın məhsul və kampaniyaları barədə ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə, www.bankofbaku.com saytından və ya bankın rəsmi feysbuk səhifəsindən əldə etmək mümkündür.

Избранный
35
3
azertag.az

8Источники