RU

Danimarka daha uzunmənzilli silah sistemlərinə sahib olmaq istəyir

Danimarka hökuməti gələcəkdə daha uzunmənzilli dəqiq zərbə qabiliyyətinə malik silah sistemlərinə sahib olmaq barədə qərar qəbul edib.

“Poliqon” Danimarka Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu qərar Danimarka Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin hərbi-elmə əsaslanan tövsiyəsinə əsasən qəbul olunub.

Qərara görə, Danimarkanın gələcəkdə daha uzunmənzilli dəqiq zərbə qabiliyyətinə malik olması həm milli, həm də NATO və müttəfiqlərin kollektiv çəkindiriciliyini gücləndirməyə xidmət edəcək.

Bildirilib ki, hökumətin prinsipsial qərarı ilə indi Müdafiə Nazirliyinin Material və Təchizat Agentliyi ölkənin ehtiyaclarına ən uyğun gələn uzunmənzilli dəqiq zərbə silahlarının hansılar olduğunu müəyyən etmək üçün bazarı araşdırmağa başlayacaq.

Избранный
40
poliqon.az

1Источники