RU

Qarabağ la oyuna görə qovulan baş məşqçinin yerinə Mourinyo gəlir?

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Portuqaliyanın "Benfika" klubu Çempionlar Liqasının ilk turunda ağır məğlubiyyət acısı yaşayıb. Ötən gün Lissabopnda "Qarabağ"ı qəbul edən portuqaliyalılar ilk 16 dəqiqədə iki qol vursa da, yekunda meydanı məğlubiyyətlə tərk edib - 2:3. Bu məğlubiyyətdən sonra baş məşqçi Bruno Laje istefaya göndərilib.

Qaynarinfo Portuqaliyanın "Correio da Manha" qəzetinə istinadən xəbər verir ki, "Benfika" rəhbərliyi dərhal Joze Mourinyo ilə prinsipial razılıq əldə edib. Rəsmi açıqlamanın yaxın saatlarda verilməsi gözlənilir. Mourinyo yeni komandası ilə şənbə günü keçiriləcək AVS səfər oyununda ehtiyat oyunçular skamyasında olacaq.

Bu hadisə xüsusi məna daşıyır: Mourinyo avqustun 20 və 27-də Çempionlar Liqasının pley-off mərhələsində məhz "Benfika"ya uduzduğu üçün "Fənərbağça" rəhbərliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı. Yalnız bir ay keçmədən, onun məşqçilik karyerası məhz həmin klubla yenidən kəsişib.

Xatırladaq ki, "Benfika" Joze Mourinyonun ilk baş məşqçilik təcrübəsini yaşadığı klub olub. O, "Barselona"da köməkçi məşqçi işlədikdən sonra 2000/01 mövsümündə "Benfila"nın başına keçmiş, lakin cəmi 10 oyundan sonra istefa vermişdi.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
2
qaynarinfo.az

4Источники