RU

Bakı metrosunun iş rejimi iki saat uzadılacaq – Səbəb

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə QSC-dən bildirilib.

Sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
33
32
olaylar.az

10Источники