RU

Ərimi həbsxanada zəhərləyiblər FOTO

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının arvadı Yuliya Navalnaya ərinin həbsxanada zəhərləndiyini iddia edib.

Milli.Az rusiya mətbuatına istinadla xəbər verir ki, onun sözlərinə görə, siyasətçidən götürülən bioloji nümunələri təhlil edən iki müxtəlif ölkənin laboratoriyası eyni nəticəyə gəlib.

Navalnaya Telegram kanalında yazıb:

"2024-cü ilin fevralında biz Alekseyin bioloji nümunələrini əldə edib xaricə çıxara bildik. Bir neçə ay əvvəl nəticələr alındı və iki laboratoriya müstəqil olaraq onun zəhərləndiyi qənaətinə gəldi".

"Bəli, Navalnı öz əcəli ilə ölüb"

O, laboratoriyaların hesabatlarını dərc etməsini tələb edib və ərinin ölüm səhnəsinin müxalifət tərəfdarları tərəfindən yenidən qurulduğunu bildirib.

Bununla belə, laboratoriyaların adları açıqlanmayıb və nəticələr hələ dərc edilməyib.

Kremlin sözçüsü Dmitri Peskov "CNN"ə açıqlamasında "Bu bəyanatlar barədə heç nə bilmirəm. Şərh edə bilmərəm" deyib. 

Navalnı buna görə öldü - Ukrayna kəşfiyyatı

Xatırladaq ki, Federal Penitensiar Xidmət Aleksey Navalnının ölümünü 2024-cü il fevralın 16-da elan etmişdi. Müxalifət onun öldürüldüyünü iddia edir və məsuliyyəti prezident Vladimir Putinin üzərinə qoyur. Rusiya hakimiyyəti isə siyasətçinin təbii səbəblərdən vəfat etdiyini bildirir.

Fidan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
news.milli.az

2Источники