RU

Bəhlul Mustafazadə: "Matçdan əvvəl ümidliydik"

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Benfika”ya qarşı keçirilmiş görüş haqda danışıb.

İdman.biz xəbər verirki, 28 yaşlı futbolçu Ağdam klubunun səfərdə əldə etdiyi uğurlu nəticəni şərh edib.

Komandanın müdafiəçisi bildirib ki, oyundan öncə də qələbəyə ümidli olublar: "Futbolçularla öz aramızda danışanda, görüş haqda ümidli olduğumuzu bir-birimizə bildirirdik. Amma sona qədər inamımızı qoruduq və sonda da qələbəmizi qazandıq".

O, "Benfika” tərəfində matçdan əvvəl böyük hesabla qalib gələcəyini düşünənlər barədə fikrini açıqlayıb: "Matçdan əvvəl “Benfika”nın tərəfinin açıqlamalarına baxdığımız zaman bunu hiss edirdik. Futboldur da. Müasir futbolda hər bir komanda digərinə qalib gələ bilir. Bunu göstərdiyimiz üçün çox xoşbəxtik".

İdman.biz

Избранный
20
2
idman.biz

3Источники