RU

Zəncirvari qəza oldu, xəsarət alan var

Mingəçevirdə baş verən zəncirvari qəzada sərnişin xəsarət alıb.

 News24.az "Trend"-ə istinadla xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Hyundai" markalı avtomobil "Nissan" markalı avtomobil ilə toqquşub.

Zərbənin təsirindən "Nissan" markalı avtomobil yol kənarında dayanmış vəziyyətdə olan "Opel" markalı avtomobilə çırpılıb.

Baş verən qəza zamanı "Nissan" da olan sərnişin 1983-cü il təvəllüdlü Müseyibov Nəsimi müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb


Избранный
70
1
news24.az

2Источники