RU

Yerdə tıxac, göydə də... - Uçan avtomobillər havada toqquşdu

Çində hava şousunun məşqi zamanı iki uçan avtomobil havada toqquşub.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Çinli elektrik avtomobil istehsalçısı "Xpeng Inc."in bölməsi tərəfindən hazırlanmış iki uçan avtomobil Çançun şəhərində hava şousunun məşqi zamanı toqquşub və bu, texnologiyanın təhlükəsizliyi ilə bağlı yeni suallar doğurub", - deyə məlumatda bildirilib.

Şirkətdən verilən məlumata görə, toqquşmadan sonra elektriklə işləyən maşınlardan biri eniş zamanı alışıb, digəri isə təhlükəsiz yerə enib.

Избранный
54
publika.az

1Источники