AFFA İntizam Komitəsinin “Neftçi”nin oyunçusu İqor Ribeyro barədə qəbul etdiyi qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Avqustun 29-da Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “ağ-qaraalr"ın heyətində çıxış edən 5 nömrəli oyunçu İqor Ribeyronun təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılması, “Neftçi”nin 3000 manat cərimə edilməsi (maddə 45.1) barədə AFFA İntizam Komitəsinin 03.09.2025-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

Bundan əlavə bildirilib ki, Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.