Xocavənddə yanğın hadisəsi qeydə alınıb. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xocavənd rayonunun Qarazəmi kəndində ümumi sahəsi 220 m² (1-ci mərtəbəsi 120 m², 2-ci mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin, bitişik sahəsi 50 m² talvarın, yaxınlıqdakı 30 m² yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.